Uploaded by Kamaladdin Ramazanov

RƏY ELEKTRONİKA VƏ SXEMOTEXNİKA MAA Kəmaləddin müəllim

advertisement
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «Cihaz mühəndisliyi»
kafedrasının dosenti, texnika elmləri namizədi Abbasov Vaqif Abbas oğlunun
bakalavr səviyyəsində “050604-Cihaz mühəndisliyi” ixtisası üçün tərtib etdiyi
“Elektronika və sxemotexnika” adlı fənn proqramına
RƏY
Təqdim edilən fənn proqramı “Elektronika və sxemotexnika” fənninin ümumi nəzəri
və praktiki bölmələrini əhatə edir.
Fənn proqramının yarımkeçirici diodlar bölməsində diodların strukturu, işləmə
prinsipi, volt-amper xarakteristikası və dodun gərginlik mənbəyinə qoşulma sxemləri
araşdırılmışdır.
İxtisaslaşdırılmış diodlardan stabilitron, optik diodlar, işıq diodu və fotodiodların
xarakteristikaları, işləmə prinsipi və onların əsasında praktik sxemlər təhlil edilmişdir.
Bipolyar tranzistorlar və onların strukturu, kollektor xarakteristikaları əyrilərinə əsasən
işləmə prinsipinin izahı, bipolyar tranzistor əsasında elektron sxemlərin analizi aktual
mövzulardandır.
Keçidli sahə tranzistorları və metaloksid yarımkeçirici sahə tranzistorları, onların
strukturu, xüsusiyyətləri və müxtəlif işləmə rejimləri və xarakteristikaları haqqında vacib
olan informasiyalar verilmişdir.
İnteqral əməliyyat gücləndiricilərinin daxili struktur sxemi, parametrləri, giriş siqnalı
rejimləri, mənfi əks-əlaqə konsepsiyası, qapalı konturlu əməliyyat gücləndirici əsasında
gücləndirici sxemlərin analizi mövzuları mühüm əhəmiyyətə malikdir.
Fiziki kəmiyyət sensorlarının informasiya-ölçmə və idarəetmə sistemlərinə qoşulması
üçün həll edilməsi vacib olan məsələlər, o cümlədən gərginlik və cərəyan çıxışlı generator
sensorların, parametrik sensorların ekvivalent sxemləri və ölçmə sisteminə qoşulma sxemləri,
sensorların siqnalını ixtisaslaşmış ölçmə gücləndiriciləri, sensorlarla informasiyanı emaletmə
sxemlərini qalvanik ayırma prinsiplərinə xüsusi yer verilmişdir.
Sensorların çıxış siqnallarını ölçmə sxemləri, metal və yarımkeçirici termomüqavimət
sensorların, termoelektrik sensorların çıxış siqnalını ölçmə sxemləri, yarımkeçirici
termistorun və termomüqavimət sensorların ölçmə dövrəsinə qoşulma və çevirmə
xarakteristikasını xəttiləşdirmə sxemləri, termocütün soyuq uclarının temperaturunu passiv
və aktiv kompensasiya sxemləri aktual mövzulardır.
Laboratoriya işlərinin mövzuları fənnin daha yaxşı mənimsənilməsi və hesablamalar
tələb edən məsələlərin həll edilməsi üçün praktiki əhəmiyətə malikdir.
Fənn proqramı uyğun terminlərdən istifadə edilməklə səlis, aydın dildə yazılmış və
yüksək səviyyədə tərtib edilmişdir.
Fənn proqramı Ali təhsil pilləsinin Dövlət Standartının Bakalavr səviyyəsi üzrə
“050604 - Cihaz mühəndisliyi” ixtisasının təhsil proqramına uyğun tərtib olunmuşdur.
Fənn proqramının qriflə nəşr olunmasını tövsiyə edirəm.
Milli Aviasiya Akademiyasının
«Aerokosmik cihazları» kafedrasının dosenti, t.e.n.
K. Ş. Ramazanov
Dosent K.Ş. Ramazanovun imzasını təsdiq edirəm:
Milli Aviasiya Akademiyasının
Elmi Şurasının katibi, t.e.d., professor
X. İ. Abdullayev
Download